Rusiya Yaponiyanın xarici işlər naziri Takeşi İvanın öz ərazisinə daxil olmasına mane olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xüsusi hərbi əməliyyatla əlaqədar rəsmi Tokionun ölkəmizə qarşı tətbiq etdiyi qondarma sanksiyalara cavab olaraq, xarici işlər naziri Takeşi İva da daxil olmaqla, bir sıra Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib”, – Rusiya XİN-in saytında dərc olunan məlumatda deyilir.