image-reklam-veteninfo
image-img_5016backend

“Yaşıl Qarabağ” İctimai Birliyi Zəngilanda yaşıllaşdırma aksiyasına start verib -FOTO

image-reklam-veteninfo
“Yaşıl Qarabağ” İctimai Birliyi Qarabağ və işğaldan azad olunmuş ərazilərdə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və təbiətin mühafizəsinə töhfə vermək məqsədilə fəaliyyətə başlayıb.
Sherg.az xəbər verir ki, təşkilatın ilk layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Zəngilan rayonunda həyata keçirilib. Aksiya çərçivəsində “Yaşıl Qarabağ” İctimai Birliyinin könüllüləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlərin iştirakı ilə rayonun müxtəlif ərazilərində 400-ə yaxın ağac və ting əkilib.
Aksiyanın uğurla reallaşmasında göstərdikləri dəstəyə görə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonunun Xüsusi nümayəndəliyinin” əməkdaşlarına təşəkkür bildirilib.
“Yaşıl Qarabağ” İB-nin rəhbəri bildirib ki, təşkilat gələcəkdə Qarabağın digər bölgələrində də yaşıllaşdırma və ekoloji layihələr həyata keçirməyi planlaşdırır:
“Məramımız Qarabağı bir daha yaşıl və gənc görməkdir. Biz birlikdə güclüyük!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki