image-1backend

Yaşlı qadın 50 min avronu pəncərədən atdı – Peşman oldu

image-reklam_sirab_01

İtaliyanın şimalında yerləşən Montebeluni şəhər sakini 80 yaşlı qadın köhnə döşəyinin içində gizlədilən 50 min avronu yadından çıxararaq pəncərədən aşağı atıb.

Kommunal xidmətlər zibilləri aparan zaman təqaüdçü qadın səhvini anlayıb və təşviş içində polisə müraciət edərək xahiş edib ki, itirdiyi pulları qaytarsınlar.

Narahat olan italyan qadın baş verənlərdən tamamilə çaşqın olduğunu etiraf edib. O, polisə izah edib ki, pulu mümkün oğrulardan gizlədir. Çünki pulu bankda saxlamaqla risk etmək istəmir. Bunun üçün də bütün pulunu döşəyinin içində gizlədib. Amma daha sonra anlıq olaraq sərvətini orada gizlətdiyini unudub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadına kömək etmək üçün axtarış ediblər və tez bir zamanda qadının köhnə döşəyini tapıblar. Bütün pullar döşəyin içində aşkarlanıb.//Lent.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image