image-reklam-veteninfo
image-gmuffsophxdzk0a0backend

Yaxın Şərqdə silahlar susa bilər: Vaşinqton Tehranla 7 günlük fasiləni müzakirə edir

image-reklam-veteninfo

ABŞ və İran arasında hərbi qarşıdurmanın müvəqqəti dayandırılması istiqamətində diplomatik təmaslar intensivləşib. Vaşinqtonun xüsusi elçisi Tom Barak tərəflərin gərginliyin azaldılması ilə bağlı razılaşmaya yaxın olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Tom Barak bu barədə oktyabrın 29-da Dohada keçirilən Qlobal Perspektivlər tədbiri çərçivəsində CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, hazırda müzakirə olunan məsələ münaqişənin tam həlli deyil, hərbi eskalasiyanın müvəqqəti dayandırılmasıdır. Barak hesab edir ki, belə bir razılaşma regionda daha geniş siyasi nizamlanma üçün imkan yarada bilər.

ABŞ rəsmisi bildirib ki, Qətər, Pakistan və Vaşinqtonun digər tərəfdaşları ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün fəal diplomatik səylər göstərirlər.

Barakın sözlərinə görə, gərginliyin azaldılması prosesinə yaxın iki həftə ərzində başlanması mümkündür. O, Qətərin təklif etdiyi yeddi günlük atəşkəs variantının da müzakirə olunduğunu bildirib. Bununla belə, İranın təklifi qəbul edib-etmədiyi və tərəflər arasında hər hansı sənədin imzalanıb-imzalanmadığı barədə məlumat verməyib.

Xüsusi elçi danışıqların qarşısında ciddi maneələrin olduğunu da etiraf edib. Onun sözlərinə görə, münaqişə zamanı ABŞ-ın əlaqə saxladığı İran rəsmilərinin öldürülməsi Tehranla kommunikasiya imkanlarını çətinləşdirib.

Barak İran İslam İnqilabı Keşikçiləri Korpusunda qərarların kim tərəfindən qəbul edildiyi və qurumun fəaliyyətinə hansı qüvvələrin təsir göstərdiyi məsələsində də Vaşinqtonun qeyri-müəyyənliklə üzləşdiyini vurğulayıb.

Müsahibəsində regional dövlətlərin roluna xüsusi diqqət çəkən Barak Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin İranla gərginliyin azaldılması istiqamətində diplomatik fəaliyyət göstərdiyini, eyni zamanda ABŞ-la koordinasiyalı hərəkət etdiyini bildirib.

ABŞ rəsmisinin fikrincə, Yaxın Şərq ölkələri Vaşinqtonun gələcəkdə regiondakı hərbi iştirakını azalda biləcəyini nəzərə alaraq İranla uzunmüddətli münasibətlərin qurulmasının vacibliyini daha yaxşı anlayırlar.

Barakın açıqlamaları göstərir ki, hazırda əsas məqsəd ABŞ-İran qarşıdurmasını birdəfəlik həll etməkdən daha çox, hərbi eskalasiyanın qarşısını almaq və diplomatik dialoq üçün vaxt qazanmaqdır.

Lakin yeddi günlük atəşkəs təşəbbüsünün reallaşıb-reallaşmayacağı hələlik açıq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki