image-1backend

“Yaxşı filmin sonu daima yaxşı ovqat yaradır”- Orxan Fikrətoğlu

image-reklam_sirab_01

Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun AZƏRTAC-a müsahibəsi
– Orxan bəy Mədəniyyət Nazirliyinint tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi”nin yaradılması haqqında ölkə başçısının imzaladığı Fərmanından artıq 2 il vaxt ötür. Ötən müddət ərzində Agentliyin fəaliyyətinin qurulması istiqamətində hansı işlər görülüb?

– Kinematoqrafiya sözü lüğətlərdə kinofilmlər hazırlamaq və onları nümayiş etdirmək sənəti kimi izah edilir. İlk baxışdan çox bəsit və çox asan izahdır. Bununla belə bu sənət özündə mədəniyyətin bir çox qanadlarını yaşadan və görsəl aləmdə biri-birinə sintez edən çox mürəkkəb mədəni münasibətlər məcmuəsidir. Bu baxımdan kino sahəsinin idarə olunması da, əlbətdə ki, birtipli deyil, polifonikdir. Kino sənəti həm mədəniyyət hadisəsidir, həm də sırf istehsalat sahəsidir. Bəzi ölkələr kinematoqrofdan yumşaq siyasət olaraq istifadə edir. Onu təbliğat maşını kimi dəyərləndirir. Bəzi dövlətlər üçün kino sənəti özünüifadə vasitəsi, sənət nümünəsi və reklamdır, bəzi dövlətlər isə bu sahəni səneyələşdirərək kino bazarından yaxşı gəlir əldə edirlər. Milli kinonun idarə olunması zəminində bizim tərtib etdiyimiz yol xəritəsinin detalları haqda isə indi sizinlə danışmaq niyyətindəyəm. Bəri başdan onu sizə deyim ki, bizə sələflərimizdən qalmış miras yumşaq desəm heş də ürəkaçan deyildi. İstehsal dayandırlılmışdı. Sahədə iki yaradıcı ittifaq mövcud idi. Gənclər işsiz idilər və ən yaxşı halda daha çox medik alanda az büdcəli TV formatlı filmlər çəkməklə həm sənəti həm də kinomühütün ovqatını dəyişirdilər. Kino istehsalı ilə məşğul olan müstəqil prodüser şirkətləri belə ancaq dövlət vəsaiti hesabına filmlər çəkmək istəyirdi. Animasiya sahəsi nəzarətdən kənar müxtəlif şərtiliklər fonunda mövcud idi. Sənədli filmlər bazarına ölkə xaricindən çox şübhəli kontentlər daxil olurdu. Ölkəyə film çəkmək adıyla gələn xarici kino şirkətlərin vahid reyestri belə yox idi. Və ən başlıcası çəkilən filmlərdə milli məzmun, dövlətin təməl prinsiplərinin qorunması amili nəzərə alınmırdı. Bununla belə kino sahəsi nə etdyini bilən insan üçün əlbətdə konkret iş yeri və zəhmət tələb edən bir sahə idi. Belə bir şəraitdə bizə ağır yük dolu “kino qayığının” avarlarını həvalə etdilər. Biz ilk növbədə milli məzmunu bu sahəyə qaytarmaq fikirndəyik. Dövlətin kino siyasətini “prodüser kinosu” sistemi vasitəsi ilə icra etməyi düşünürük. Biz kino istehsalatını stimullaşdırmağı, sahəni sənayeləşdirməyi, hər bir prodüser şirkətini gücləndirməklə sahədə çox fikirlilik və müxtəlifliq yaratmağı düşünürük. Dövlət sifarişi ilə çəkiləcək filmlər isə əlbətdə ki, bir ciddi qol olaraq Azərbaycan xalqının zehniyyatında yaşanan sosial sifarişlər vasitəsi ilə istehsal ediləcəkdir. Eyni zamanda yerli və xarici kino istehsalçıları üçün imtiyazlı kino istehsal şəraitinin yaradılmsını təmin edən və çox güman ki yeni qanunvericiklə tənzimlənmiş kino mühitini yaratmağı da düşünürük. Və bütün sahələrdə olduğu kimi kino sahəsində də aparılan islahatların icrasını ARKA olaraq təmin edirik. Məqsəd bu sahəni tam sənayeləşdirmək, rentabelli sahəyə çevrimək, milli məzmunla süstlənmiş universal kino dilində danışmağı bacaran yeni kino nəslini formalaşdırmaqdır. Eyni zamanda kino bazarını yenidən və daha ədalətli şərtlərlə təşkilatlandırmaq və stimullşadırımaqdır. Mövcud kino vitrinimiz olan, ənənə üzərində formalaşmış kino klassikamızı və yetərincə uğurları olan milli kino tariximizi bütün dünyada təbliğ etmək də bizim üçün prioritetdir. Və nəhayət dövlətin yumşaq siyasəti funkisyasına qədər qaldıracağımız yeni çəkiləcək filmlər vasitəsilə dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq fikrindəyik. Bunun üçün kifayət qədər mobil, gənc və işlək komandaya sahibik və artıq real işlər də görülüb. Biz demək olar ki, yeni redaktədə işə sıfrdan başlamalı olsaq da milli kino mədəniyyətində yaşanan ənənəni heç zaman unutmuruq. Mədəniyyət Nazirliyində aparılan total islahatların davamı kimi Azərbayacan Respublikasının Kino Agentliyi də dövrün tələblərinə, çağırışlarına, diqtəsinə və bu sahədə qazanılmış kinemotoqrafik təcrübəyə söykənir. İstehsalat mexanizmlərinin yenidən yazılması, çəkiləcək filmlərin şəffaf seleksiyadan keçirilməsi üçün müxtəlif müsabiqələrin təşkili, yeni idarəçilik və istehsal sistemlərinin düşünülməsi, yaradıcı şəxslərə, xüsusiylə də gənclərlə xüsusi münasibət və dəstək proqramlarının real icrası, xüsusən də Mədəniyyət və İncəsənət Univeristeti tələbələrinə dəstək olaraq 16 yeni filmin maliyyələşməsini təmin etmək, kino bazarının stimullaşdırılması üçün sahəyə yeni “oyunçuları” və “investorları” cəlb etmək, animasiya sahəsininin, sənədli film sektorunun yenidən təşkilatlanmnasını təmin etmək, bizə keşmişdən miras qalmış gərginlik yaradan öhdəliklərin və borcların ödlənilməsini təmin etmək və bu sahəni yenidən tamam yeni nəfəslə monotorinq etmək də gördüyümüz işlərdəndir.
Birmənalı olaraq sizə deyim ki, 1998-ci ildə qəbul olunmuş kino haqqında qanun artıq mövcud reallığı təmin etmir. Köhnəlib, yaradıcılıq və istehsalat münaibətlərinin tənzimlənməsinə daha xidmət edə bilmir. Bu mənada qanunun yenidən yazılması zərurəti yaranıb. Bu yöndə hüquqşunaslarla və Milli Məclisdə müvafiq komissiyalarla aparılan işlər, Milli Məclisin Mədəniyyət komissiaysının sədri, millət vəkili Fazil Qəzənfəroğlu ilə apardığımız diskussiyalar, kino haqqaında yeni qanunun hazırlanması ilə bağlı Mədəniyyət Nazirliyinin tərkibində işçi qrupunun yaradılması düşünürəm işimizi bir qədər yüngülləşdirəcəkdir. Yeri gəlmişkən söyləyim ki, hazırlanacaq yeni qanunda kino istesalı prosesində müxtəlif formalı imtiyazların və vergilər daxil güzəştlərin bu sahəyə tətbiq edilməsi də nəzərdən keçirilir. Tezliklə peşəkar hüquq şirkətləri ilə birgə yeni qanunvericilik layihəsi hazırlanaraq kino ictimaiyyətinə də təqdim olunacaq, onların təklifləri də nəzərə alınaraq sonaradan qanun daha da təkmiləşdiriləcək və sonra aidiyyatı üzrə daha yüksək ünvanlara göndəriləcək.
Kino Agentliyinin kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii şurasını da yaratmışıq. Bütün filmlərin istahsalata buraxılması və bir film olaraq hazır sənət nümünəsi kimi qəbul olunması kollegial şəkildə Bədii şuranın qərarıyla təmin edilicək. Bizə qədər olan filmlərin istehsalata subyektiv baxış bucağından buraxılması reallığı artıq işləmir. Bu yanaşmadan yaranan neqativin artıq bizimlə heç bir əlaqəsi yoxdur. Biz film çəkmirik. Ancaq istehsal ilə məşğul olan kinoşirkətlərin çəkiliş və filmlərini nümayiş etdirmək üçün gərək olan münbit şəraiti yaradrırq, təşkil edirik, və rəqabət bazarını stimullaşdırırq. Bir də milli məzmun daşyıcıları olacaq gəncliyi toxum kimi bu sahəyə səpirik. İnişallah əminəm ki bir necə ilə kino sahəsi yenidən dirçələcək və dünya çaplı elit festivalrdan bizim “art filmlərin” qalib xəbərləri də gələcək. Sadəcə buna zaman lazımdır. Bir də peşəkarlar. Təssüf ki hər ikisini tapmaq bu gün bir az çətindir. Onu da deyim ki, bu az müddət ərzində biz Ssenari laboratoriyasını, Alternativ Kino Akaedmiasını da yaratmışıq.
Agentliyin daxili strukturunun təkminləşdirilməsi nədəniylə bu günə qədər mövcud olamayan mərkəzləşdirilmiş kino statistika saytını yaradıb Əlisa Cabbarovun rəhbərliyi ilə istifadəyə vermişik. Post-prodakşn dövründə maddi yardıma tələbatı olan kino şirkətlərinə birdəflik dəstəyin verilməsini təmin edirik. Dünya şöhrətli avropalı prodüserlər Martin Xageman və Titus Kreynbeqin rəhbərliyi ilə prodüser kusları açmışıq və bu kursları bitirmiş gənclərin yeni prodüser zeniyyətının artırılması üçün açıq pitçinqin keçirilməsini və sonradan bu piçinqdən çıxacaq qalib layihlərin maliyyələşdirilməsini də agetntliyimiz həyata keçirir.
Vurğulamaq istərdim ki, istehsalı başa çatmış “Hadrut, sən azadsan!”, “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filmləri və “Oğurlanmış bahar” animasiya filmi də bizim tərəfimzidən bu az müddətdə artıq ictmaiyətə təqdim olunub.
Bu gün Azərbaycan kinosuna Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Dövlət başçısının kino ilə bağlı verdiyi fərman və sərəncamlar Azərbaycan kinosuna göstərilən qayğının bariz nümunəsi, kinematoqrafiyanın inkişaf etdrilməsiilə bağlı verilən mühim siyasi qəararlardır. Və bizim istinad nöqtələrmizdir.

– Agentlik milli kino irsinin qorunması və zənginləşdirilməsi, habelə kino incəsənətinin təbliğini təmin etmək üçün hansı addımlar atacağı gözlənilir?

– Dövlət Filmfondunda, Dövlət Kino və Foto Arxivi idarəsində və digər bu tip arxiv və mənbələrdə kinematoqrafiyaya aid viziual materialların, foto və sənədlərin vahid reyestirinin yaradılması və tabeliyimzdə olan Dövlət Film Fondunda toplanaraq qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərin Filmfondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi güşələrinin açılması və onlara aid olan əşya və sənədlərin bu muzeydə toplanaraq qorunmasını da planlaşdırırıq.
AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqorafiyasını əks etdirən elektron antologiyanın hazırlanması da görəcəymiz işlərdəndir. Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, milli konomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında artıq Nazirmiz tərəfindən də qərar verilib. Populyar Kann festivalında Azərbaycan povilyonlarının tikilməsi may ayında icra olunacaq. Və biz Kannda təmsil olunacağıq. Hələlik yeni yanaşmamazın və yeni kino fəlsəfəmizin təqdimqatı ilə. Həmçinin ölkə daxlində fəalyyət göstərən telekanalrada təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərin açılması və müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi də nəzərdə tutulub.
Bildiyiniz kimi, ölkəmizin zəngin kino irsi və kino təcrübəsi var. Bu irsin qorunması və təbliği istiqamətində Kino Agentliyi Mədəniyyət Nazirliyi ilə birgə silsilə tədbirlər keçirir. Həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, kino irsimzə bu gün keçirdiyizim tədbirlər nəticəsində maraq artır. Gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə klassik və müasir filmlərin tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ARKA ali məktəblərdə film nümayişlərini həyata keçirir. Filmlər ölkəmizin aparıcı tədris ocaqlarından olan ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrə nümayiş etdirilib. Bundan başqa kino xadimlərinin yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar… kinomuzu yaşadanlar” adlı layihəyə start verilib. Layihə milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və əbədi yaşadılması məqsədi daşıyır. Layihənin il boyu hər ay bir kino xadiminə həsr olunması və filmlərinin nümayişinin təşkil edilməsi nəzərdə tutulub.
Kino Agentliyi tərəfindən milli kino irsinin qorunması, öyrənilməsi və zənginləşdirilməsi, həmçinin təbliği məqsədi ilə belə layihələrin həyata keçirilməsi üçün davamlı addımlar atılacaq.

– Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə etmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək kimi səlahiyyətləri olan Agentlik 2 il ərzində hansı nöqsanlar aşkarlayıb?
– Kino Agentliyi kino mühitində bizə qədər mövcud olan müəyyən çarpazlılığı vahid istehsal mühitində birləşdirmək niyyətindədir. Biz heç kəsdə nöqsan axtarmırıq. Mövcud nöqsanlqarı aradan qaldırıb yeni istehsal mühitinə uyğunlaşdırıq. Azərbaycan Respubliaksının Mədəniyyət naziri Adil Kərimlinin tapşırığı ilə bizə qədər nazirliyin öhdəlyində olan borcların ödəniləməsini həyata keçririk ki, bu sahədə olan gərginlkik aradan qalxsın. Mən əminəm ki, yenidən hazırlanan qanunvericiliyə əsaslanan yeni istehsal mühiti müxtəlif zehniyyatli və zövqlu prodüser şirkətlərinin formalaşdıracaq ki, bu şirkətlər kino bazarının müəyyənləşdiridiyi reallıqda daha dövlətdən pul ummaycaqlar, əksinə dövlət büdcəsinə pul gətirəcəklər. Kino sahəsi sənayeləşdikdən və yaradıcılıqla qanunvericilik birgə addımlamağa başaldığı zamandan kifayət qədər gəlirli və rentabelli sahəyə çevrilkicək. Mən ARKA-nı bu işlək halqada ancaq istehsalat və bazarı təşkil edən və stimullaşdıran mərkəz kimi grürəm. Nəhayətdə milli məzmun daşıyıcısına çevrilmiş, eyni zamanda bütün dünyaya universal hekayə konteksində vizual dil ilə bizdən danışan bir kinomühit formalaşacaq. Ancaq yenə də son seçim prodüser şirkətlərinin olacaq. Biz sadəcə sahəni stimullaşdıracağıq.

-Dövlət sifarişi və ya dəstəyi ilə milli və müştərək filmlərin istehsalı sahəsində nə kimi işlər görülür?
– Kino Agentliyi kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi ilə 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi keçirib və artıq filmlər istehsalata buraxılıb. Onların içində əlbəttə ki, dövlət sifarişi və maliyyələşən filmlər mövcuddur. Müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının iştirakı ilə açıq səsvermə nəticəsində tammetrajlı, qısametrajlı bədii, sənədli, animasya və tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib.
Qardaş Türkiyə, Özbəkistan kimi türkdilli dövlətlər, eyni zamanda digər ölkələrlə birgə layihələrin həyata keçirilməsi də artıq təmin edilib. Konkret olaraq Özbəkistan Respublikasıyla Maqsud Şeyxzadənin həyatından bəhs edən bədii filmin çəkilməsi üçün bu ölkə ilə Bakıda memorandium imzaladıq. Bu fakt Azərbaycan kino camiyyəsinin ilk dəfə özbək kino bazarına daxil olması faktıdır. Bu isə Azərbaycan kinosu üçün bu günə qədər olmayan real maddi gəlir və təbliğat deməkdir. Ümumiyyətlə bizim hədəfmiz iqtisadi səmərə baxımından daha çox xarici kino bazaralardır və xüsusiylə də TÜRKSOY-a daxil olan ölkələrin bazarlarıdır. Bu günlərdə Türkiyənin tanınmış film şirkətləri olan “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri ilə də anlaşma memorandumu imzaladım. Memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi filmdə öz əksini tapacaqdır.
Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsirlərinin həyatından bəhs edən “Narginli Sona” filmidir. Rejissor Elməddin Alıyevin ekranlaşdıracağı bu filmin ssenari müəllifi Xəyam Abdullazadə prodüseri Narin Nur Akdidir. Film Türkiyənin “Yerli Düşünce Basın Yayın Medya” şirkəti tərəfindən bizimlə birgə maliyyələşdirilir.

– Azərbaycanı beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək və xarici şirkətlərin çəkilişlərə cəlb olunması istiqamətdə nə kimi yeniliklər var?
– Biz bu haqda əlbətdə ki düşünürük və yeni ynaşmamız da var. Təbii pavilyon tipli çəkiliş məkanlarının xarici film şirkətlərinə təqdim edilməsi və bu şirkətlərə digər imtiyazların və vergi güzəştlərinin tətbiq olunması, otel və avilabiletlərin güzəştli şərtlərlə film istahsçılarına təklif olunması da bu yaxınlarda düşünrəm həyata keçriləcək işlərdəndir. O cümlədən Azərbaycanda film çəkmək istəyən əcnəbi kino şirkətlərinə texnikanın kirayə verilməsi də təmin ediləcək. Bizə qədər bu işlə məşğul olan “Filminq Azerbaijan” MMC-nin fəaliyyətini yenidən və daha effektiv şəkildə təşkil etmək, Azərbaycana gəlmək istəyən bütün kino şirkətlərinə layqli və peşəkar xidmət etməklə doğru şərait yaratmaq bizim vəzifə borcumuzdur.
Onu da deyim ki, Türkiyə şirkətləri ilk dəfə olaraq ancaq bizim dövrdə Azərbaycanın kino sənayesinə investisiya yatırır. Belə ki, razılaşmaya əsasən Türkiyənin tanınmış film şirkətləri ölkəmizdə olan çəkiliş məkanlarlından istifadə da edəcəklər.

– Orxan bəy, Azərbaycan Respublikası Kino Agentliyi 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi təşkil etdi. Seçim komissiyasının qiymətləndirməsinə əsasən 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb. Müsabiqədə uğur qazanan layihələrin sonrakı taleyi necə olacaq?
– Bildiyiniz kimi 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib. Qalib gələn layihələrələ müqavilələr bağlanılıb və onların istehsalına start verilib. Artıq bir çox filmlərin hazırlıq mərhələsi başa çatmaq üzrədir, bəzi filmlərin isə çəkilişləri başlayıb.
Xüsusən qeyd etmək istərdim ki, bu müsabiqənin ən müsbət nəticəsi özəl sektordan maliyyə cəlb olunmasıdır ki, istehsal olunacaq 11 layihənin ümumi istehsal dəyərinin 1 milyon 400 min manata yaxın vəsaiti özəl şirkətlər tərəfindən cəlb olunub.
Bundan başqa Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Berlin Film Festivalının baş mükafatını almış, tanınmış kinorejissor və ssenarist Semih Kaplanoğlunun rəhbərliyi ilə film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin dinləmələri keçirilib. Artıq inkişaf proqramına cəlb olunan ssenarilərin yazılışı yeni istiqamətə yönləndirilib.

– Agentlik Animatorların İnkişaf Proqramı və “Prodüserlərin yüksəlişi təlim proqramı”na start verib. Həmin layihələr milli kino sənətinin inkişafına nə kimi töhfələr verəcək?
– Nəzərinizə çatdırım ki, yeni prodüser və yeni animatorların yetişdirilməsi layihələri ona görə təşkil olunub ki, sahə özü özünü maliyyələşdirməyi öyrənsin. Əlbəttə ki, bu proses nə dərəcədə effektv olacaq, onu zaman göstərəcək. Hər halda biz buna inanırıq.

– Ötən il Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi etdi. Türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin Nizami Kino Mərkəzində nümayişi oldu. Qarşıdakı illərdə də belə festivallar təşkil olunacaqmı?
– Qeyd etdiyiniz kimi, Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edib. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin nümayişi baş tutub. Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə bır sıra kino xadimləri mükafatlarla təltif olunub. “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor” nominasiyaslarında qaliblər mükafatlandırılıb. “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film” nominasiyalarında da qaliblər makafata layiq görülüblər.
Əlbətdə ki, digər festivallar da bu il Azərbaycanda təşkil olunacaq. Biz bu il ilk dəfə Beynəlxalq tələbə gənclər festivalını təşkil edirik. Festival bu ilin payız aylarında Bakıda baş tutacaq. Ümid edirəm ki, maliyyələşdirdiyimiz Mədəniyyət və İncəsənət Univeristeti tələbələrinin filmləri bu fesivalda bizi uğurla təmsil edəcəklər.
Bundan başqa Agentliyin dəstəklədiyi “Doku Baku”, “Anima Film” və kiçik həcmli filmlər “Short film” festivalları da mövcuddur. Qeyd etmək istərdim ki bu il keçirilməsini təmin edəcəyimiz yeni tammetrajlı filmlər festivalı da ARKA tərəfindən maliyələşdiriləcək.
Bizim baxış bucağımıza görə bu il ARKA tərəfindən dəstəklənən yeni filmlərimiz də milli təqdimatda dünyaya daha effektiv şəkildə çıxa biləcəkdir. Və biz nəhayət ki, kino ölkəsi kimi dünayada tanınacağıq. Bütün çətinliklərə baxmadan mən bu “Happy End”ə inanıram və bu belə də olacaq. Çünkü yaxşı filmin sonu daima yaxşı ovqat yaradır. Kino həm də məbəddir axı…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image