image-reklam-veteninfo
image-1backend

Yay günlərində Bakıdakı tıxacın səbəbləri nədir? – VİDEO

image-reklam-veteninfo

Yay günlərində Bakının bir çox ərazilərində yollarda sıxlıq yaşanır. Bu da vətəndaşların narazılığına səbəb olur.
AzTV Xəbər komandası Bakıdakı tıxacın səbəblərini araşdırıb.

Bildirilib ki, Ziya Bünyadov prospekti, Sumqayıt şosesi, 20 Yanvar istiqaməti, Tbilisi prospekti və Heydər Əliyev prospektində hər gün sıxlıq olmasının səbəbləri müxtəlifdir.
Belə ki, Ziya Bünyadov istiqamətində hərəkəti ləngidən əsas səbəb 20 Yanvar istiqaməti üzrə yolun davamının yarımçıq qalmasıdır.
20 Yanvarda tıxacın yaranmasının səbəbi isə səhər və axşam saatlarında Xırdalan dairəsi istiqamətində olan sıxlıqdır.
Reportajda həmçinin qeyd olunub ki, paytaxtın daha yaralı yeri Kənar Dairəvi yoldur. Pik saatlarda burada da vəziyyət çıxılmaz hal alır. Bu ərazilərdə daimi olaraq sıxlığın yaşanmasının əsas səbəbi Kənar Dairəvi yolun düzgün planlaşdırılmamasıdır.

Bu barədə daha ətraflı keçiddə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki