Vətəninfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində yəhudi din xadimi ravvin Tzvi Koqan öldürülüb. Qətl xəbərinin yayılmasından sonra bəzi İsrail və Qərb mediası yəhudi dini liderinin qətlində İranın əlaqəsi olduğunu açıqlayıb. İranın Əbu-Dabidəki səfirliyi də təkzib edərək, bunun yəhudi dindarının öldürülməsi ilə heç bir əlaqəsi olmadığını bəyan edib.
İndi isə Əmirlik polisi Tsvi Koqanı kimin öldürdüyünü öyrənib. “Əl-Ərəbiyyə”nin məlumatına görə, yəhudi dindarının qətli ilə bağlı üç nəfər həbs edilib, onların hamısı Özbəkistan vətəndaşıdır. Həbs edilənlər 28 yaşlı Olimboy Toxiroviç, 28 yaşlı Mahmudjon Abdulrahimi və 33 yaşlı Azizbek Kamiloviçdir.