Vətəninfo.az xəbər verir ki, 30 ildi Azərbaycanın Ermənistan tərəfindən təcavüzünə göz yuman Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi və konqresmenlər,44 günlük müharibə zamanı Azərbaycanın özünün beynəlxalq hüquqda tanınan sərhədlərini bərpa etməsini,№0 ildi maddi və mənəvi dəstəklədikləri separatıçı və işğalçı Ermənistanın məğlub olmasın həzm edə bilmirlər.
Elə bu səbəbdəndir ki,ABŞ erməni lobbisinin tulalığın edən bir sıra konqresmenlər,imkan düşdükcə rəsmi Bakıya qarşı kin və nifrətlərini püskürməkdədirlər.
Belə konqresmenlərdən biri də ABŞ Konqresinin yəhudi əsilli konqresmeni Coş Qottaymerdir. Coş Qottaymer özünün Twitter hesabında yaydığı açıqlamada Azərbaycana qarşı həddini aşan gümlələrdən istifadə edib.
Konqresmen Coş Qottaymer bildirib ki, ABŞ 44 günlük müharibə zamanı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən İrəvana qaçan ( Bu ermənilər Suriyadan və digər ölkələrdən aldadılaraq işğal olunan ərazilərdə yerləşdirilmişdilər) ermənilərə dəstəyini artırmalıdır.
Coş Qottaymer bildirib ki, bu həftə o 44 günlük müharibənin erməni qaçqınları ilə görüşüb,onların hekayələrini dinləyib: “Onların övladları ilə görüşdükdən sonra açıq-aydın görünür ki, qırğınları tanımaq və Azərbaycanı məsuliyyətə cəlb etmək üçün daha çox iş görməliyik. Bir yəhudi amerikalı kimi etnik azlıqları hədəf almaq mənim üçün çox şəxsidir. Birləşmiş Ştatlar ermənilərin yanında olmaq üçün daha çox iş görməlidir, o cümlədən müharibə zamanı didərgin düşmüşlərə yardım göstərməli və Azərbaycana yardımı dayandırmalıdır”.


























