Min nəfərə yaxın yəhudi Litvaya müraciət edərək, İkinci Dünya Müharibəsi zamanı onlardan alınan və geri qaytarılması mümkün olmayan daşınmaz əmlaka görə təzminat tələb edib.
Vətəninfo.az-ın TASS- a istinadən verdiyi məlumata görə , bu barədə BNS agentliyi məlumat yayıb.
“Litva tərəfindən yaradılmış “Xoş niyyət” Fonduna dövlətin və nasist işğalçı hakimiyyətlərinin qanunsuz hərəkətləri nəticəsində dəymiş itkilərin ödənilməsi üçün 951 müraciət daxil olub”, – məlumatda deyilir.
Müraciətlər müəyyən edilmiş forma və təzminat komitəsinə uyğun olaraq nəzərdən keçirilməlidir, bundan sonra fondun idarə heyəti qərar qəbul edəcək.
Hüquqi rəsmiləşdirmələr noyabrın 1-dək tamamlanacaq.
Fondun direktoru vəzifəsini icra edən İndre Rutkauskaytenin qeyd etdiyi kimi, yalnız bundan sonra müraciət edənlərin nə qədər pul hədəflədikləri bəlli olacaq.
Dövlət təzminat üçün ən azı 5 milyon, lakin 10 milyon avrodan çox vəsait ayırıb.