image-1backend

“Yelobank”dan Azərbaycan bayrağına hörmətsizlik

image-reklam_sirab_01

Sosial şəbəkələrdə “Yelobank”ın baş ofisinin qarşısında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilməsi ilə bağlı məlumatlar yayılıb.

Vətəninfo.az  xəbər verir ki, yayılan fotodan göründüyü kimi, bayrağımız uyğunsuz formada asılıb.

Bayrağın belə asılması sosial şəbəkələrdə ciddi şəkildə qınanılıb və tənqid olunub.

Qurumun mətbuat katibi Gülşən Həsənzadənin Teleqraf.com-a açıqlamasında buna küləyin səbəb olduğunu bildirib:

“Hər il ənənəvi olaraq Vətən müharibəsinin şəhidlərini anmaq, bayrağa sevgimizi əks etdirmək, tarixi Zəfər günümüzü qeyd etmək məqsədilə Baş ofisin binası bayrağımıza bürünür. Təəssüf ki, noyabr ayı güclü küləklə başladı, səhər saatlarında bayrağın asılmış olduğu iplərdən biri qırıldı.

Saat 07:49-da külək bayrağın bir ipini qırıb, saat 07:55-də binada növbədə olan əməkdaşlarımız bayrağı dərhal düşürüblər. Beş dəqiqədən az zaman ərzində əməkdaşlarımız bayrağı binanın içərisinə aparıblar ki, iş saatı başlayan kimi bayrağı quraşdıran şirkət nümayəndələri gəlib ki, onu təmirə aparsınlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image