Yəmən husiləri İsrail ərazilərini atəşə tutmağı dayandıracaqlarını açıqlayıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə Yedioth Ahronoth xəbər verir.
Qrupun sözçüsü İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına əməl edəcəklərini bildirib. İsrail ərazisinə atəşkəs razılaşmaların rəsmi olaraq qüvvəyə mindiyi bazar günü, yanvarın 19-da dayandırılacaq.
Husilər isə İsrailin regional sabitlik və təhlükəsizliyə təhdid olaraq qaldığını bildirib.
Yanvarın 15-i axşam saatlarında İsrail və HƏMAS atəşkəs sazişi imzalayıb. O, İsrail həbsxanalarındakı məhbusların müqabilində girovların bəzilərinin azad edilməsini, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tədricən çıxarılmasını nəzərdə tutur.