Yəmən husiləri Təl-Əvivin Ben Qurion hava limanına hipersonik ballistik raketlə hücum edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyyə məlumat verib.
“Raket qüvvələri Təl-Əviv bölgəsindəki Ben Qurion hava limanına hipersəs ballistik raketlə hücum edərək hərbi əməliyyat həyata keçirib”, – o, üsyançıların nəzarətində olan Al Masirah telekanalında deyib.
Onu da əlavə edək ki, dünən Yəmən husiləri də İsrail hava limanına hücum ediblər, nəticədə hava limanı bir neçə saatlıq fəaliyyət göstərməyib.