image-reklam-veteninfo
image-1backend

“Yeni Çağ” 18 yaşında…

image-reklam-veteninfo

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 18 yaşı tamam olur.

2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan və hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv şəkildə oxuculara çatdırır.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində versiyaları fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən isə Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində keçirilən beynəlxalq media layihələrində aktiv iştirak edir.

Avropanın, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrdən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan xəbər portallarından olub.

Hazırda “Yeni Çağ” Media Qrupuna aşağıdakı domenlər daxildir:
• Yenicag.az (Azərbaycan dili)
• Novayaepoxa.com (Rus dili)
• Yenicag.info (Türk dili)
• Yenicag.tv (Video portal)

Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerlər tutan Yenicag.az ay ərzində 2 milyona yaxın istifadəçi tərəfindən ziyarət olunur və saytın aylıq səhifələnməsi 8-10 milyon arasındadır.

“Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” araşdırma kitablarının müəllifi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgər rəhbərlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki