Belçikada NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə qarşı Rusiya-Ukrayna münaqişəsini qızışdırmaq və NATO-ya üzv dövlətlərin təhlükəsizliyini pozmaq, insanlığa qarşı cinayət törətmək, bir qrup insanın həyat və sağlamlığına zərər vurmaq ittihamı ilə məhkəmə prosesi başlayıb. Vətəninfo.az xəbər verir ki, iddiaçı bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. Sonuncu Fransa vətəndaşı Patrik Pazendir. O, münaqişələrin tədqiqatçısıdır və bu mövzuda elmi əsərin müəllifidir. İddia Brüssel məhkəməsinə sentyabrın 27-də təqdim edilib. Stoltenberqi Rusiya-Ukrayna münaqişəsinin qarşısını almaq üçün qoyulmuş diplomatik səyləri sabotaj etməkdə də ittiham ediblər.