Vətəninfo.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Latviya prezidenti Edqars Rinkeviçlə birgə mətbuat konfransında bildirib ki, Ukraynada vəziyyət gözləniləndən daha mürəkkəbdir, lakin bu, Kiyevə yardımı dayandırmaq üçün səbəb deyil.
“Biz başa düşməliyik ki, döyüş meydanında vəziyyət ağırdır. Rusiya sülh planlaşdırmır, əksinə, Rusiyanın necə hücum əməliyyatlarına başladığını görürük. Amma vəziyyətin gözlənildiyindən daha mürəkkəb olması yardıma qarşı arqument deyil, bu, Ukraynaya daha da böyük yardımın göstərilməsinin xeyrinə olan arqumentdir”, – deyə o bildirib.
Stoltenberq qeyd edib ki, ABŞ Ukraynaya yardımlarını davam etdirəcək.
“Mən NATO üzvü olan ölkələrə səfər edirəm və eyni dəstək mesajını alıram. Bu yaxınlarda Almaniya yeni yardım elan etdi, digər NATO ölkələri də yardım vəd etdi”.