image-1backend

Yerusəlimdə pravoslavlar hərbi xidmətə görə etiraz aksiyaları təşkil ediblər

image-reklam_sirab_01

İyunun 30-da axşam saatlarında bir qrup ultra-ortodoks yəhudi İsrail ordusu tərəfindən yəhudi dini məktəblərində oxuyan Yeşiva tələbələrinin hərbi xidmətə cəlb edilməsinə etiraz olaraq Qüdsdə küçə etirazları təşkil edib.

Vətəninfo.az xəbər verir ki, İsrail polisinin mətbuat xidmətinin verdiyi məlumata görə, nümayişin beş iştirakçısı həbs edilib, onlardan ikisi polislərə hücum etdiyinə görə, üçü daş atdığına görə. İğtişaşlar zamanı bir neçə asayiş keşikçisi yaralanıb, o cümlədən başından yüngül xəsarət alan bir qadın polis əməkdaşı, bir polis əməkdaşı isə ayağından yaralanıb.

“The Times of Israel”in məlumatına görə, etiraz aksiyası Qüdsün Mea-Şearim dini rayonunda keçirilib və on minlərlə iştirakçı toplaşıb. Qaranlıqda camaat şəhər mərkəzinə doğru yürüş etməyə başlayıb və bu, ictimai asayişin pozulması ilə müşayiət olunub. Onlar tonqal yandırıb, polisə daş atıblar, asayiş keşikçiləri su şırnaqlarından və atlı polislərdən istifadə ediblər.

Etirazın səbəbi İsrail Ali Məhkəməsinin iyunun 25-də yeşivaların da ölkənin bütün vətəndaşları kimi orduya çağırılması barədə qərarı olub. Məhkəmə tələbələri hərbi xidmətə getməyəcək dini təhsil müəssisələrinin maliyyələşdirilməsini qadağan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki