İsrail mediası “Ynet” yazır ki, hava və quru yollarının bağlanması, habelə, SEPAH-ın Qüds qanadının yüksək rütbəli komandirlərinin öldürülməsi fonunda İran və Hizbullah silah və maliyyə ötürülməsi üçün yeni şəbəkə formalaşdırıb.
Məlumata görə, əvvəlki marşrutların çökdürülməsinə baxmayaraq, SEPAH son bir ildə Hizbullaha silah və yüz milyonlarla dollar çatdırmağın alternativ yollarını tapıb.
Hesabatda qeyd olunur ki, bu yeni sistem bir neçə əsas ox üzərində qurulub: pul və avadanlıqların ötürülməsi üçün Qərbi Asiya ölkəsindən tranzit mərkəzi kimi istifadəsi, kommersiya yükü adı altında dəniz daşımaları və maliyyə axınını gizlədən birjalar, qızıl ticarəti və kriptovalyutalar.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İran İsraillə müharibədən sonra ilin əvvəlindən Hizbullaha təxminən 1 milyard dollar köçürüb.


























