image-1backend

Yoav Qallant: ”İsrail ordusu Livanı “daş dövrünə” qaytarmaq gücünə malikdir”

image-reklam_sirab_01

İsrailin müdafiə naziri Yoav Qallant ordunun Hizbullahla müharibə olacağı təqdirdə Livanı “daş dövrünə” qaytarmaq gücünə malik olduğunu söyləyib.
Vətəninfo.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda jurnalistlərə açıqlama verən Yoav Qallant ölkəsinin İsrail-Livan sərhədindəki vəziyyətin diplomatik yolla həllinə üstünlük verdiyini və Hizbullahla müharibə olacağı təqdirdə Livanı “daş dövrünə” qaytarmaq gücünə malik olduğunu deyib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya qarşı hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür.
Son zamanlar İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində gərginlik müşahidə olunur.
İsrailin xarici işlər naziri Yisrael Katz iyunun 21-də verdiyi açıqlamada bu ifadələrə yer verib:”Hizbullahın İsrail torpaqlarına və vətəndaşlarına qarşı hücumlarına icazə verilə bilməz və tezliklə lazımi qərarlar qəbul olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki