image-reklam-veteninfo
image-whatsapp-image-2025-05-25-at-15-11-13-1backend

Yollayışların verilməsi proseduru sadələşdirilib

image-reklam-veteninfo
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış əldə etmək istəyənlər Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının “Kurort” Turizm İnformasiya Mərkəzinə (012) 492-50-10, (012) 492-75-
53, (050) 328-38-77, (050) 328-38-11 nömrəli telefonlarla və ya QR vasitəsilə qeydiyyatdan keçməklə
müraciət edə bilərlər.
Müraciətlərin operativ cavablandırılması və məmnunluğun təmin edilməsi məqsədilə “Kurort”
Turizm İnformasiya Mərkəzində Çağrı Mərkəzi yaradılıb və hazırda 35-dən çox əməkdaş xidmət
göstərir.
İyun ayından etibarən E-AHİK elektron rezervasiya sisteminin istifadəyə verilməsi
planlaşdırılır. Bununla da, yollayışları tam elektronlaşdırılmış qaydada əldə etmək imkanı da
yaradılacaqdır.
Müraciət qəbul edildikdən sonra təsdiq və ya imtina barədə məlumat verilir, təsdiq edildikdə
ödəniş rekvizitləri təqdim edilir və ödəniş həyata keçirildikdən sonra elektron yollayış müraciət edən
şəxsin elektron poçt ünvanına göndərilir.
Əgər istirahət mərkəzi seçilibsə və həmin istirahət mərkəzi ilə müqavilə mövcud deyilsə və ya
seçilən tarixlərdə boş yer yoxdursa, alternativ variantlar təklif olunur.
Qeyd edək ki, Mərkəz fəaliyyətə başladığı 25 noyabr 2024-cü ildən indiyədək 22 mindən artıq
müraciət qəbul olunub və 15 mindən çox yollayış verilib. Digər müraciətlər hazırda baxılmaqdadır.
Yollayışların verilməsində tətbiq olunan bu yeniliklər növbəlilik prinsipinə əsaslanmaqla sanator-
kurort xidmətlərinin keyfiyyətinin artırmasına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə
xidmət edir.
Müraciət üçün QR kod: 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki