Bura Badamdar qəsəbəsi, Neftçilər küçəsi 88-dir. Maraqlıdır ki, uzun zamandır bu küçədəki işıqfor yol kənarındakı ağacın budaqları arasında gizlənib. Amma nədənsə Baş Dövlət Yol Polisi İdarəsi bu işıqforu ağacın içərisindən çıxarmağa tələsmir. Hər gün onlarla sürücü məhz burada tələyə düşür. İndi günahkar kimdir? İşıqforu görməyən sürücü və yaxud bu işıqforu gün üzünə çıxarmayan Baş Dövlət Yol Polisi İdarəsi?