PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınanYPG-nin lideri Salih Müslimdən cavab gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Qeyd olunub ki, YPG lideri Öcalanın müraciətini dəstəkləyib.
“Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik”, – deyə o bildirib.
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.