image-1backend

Yük təyyarəsi yaşayış evinin üzərinə düşdü: Ölənlər var

image-reklam_sirab_01

Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə yerli “Delfi” portalı məlumat yayıb.

Təyyarədə dörd nəfər – iki pilot və iki şirkət əməkdaşı olub. Bildirilib ki, iki nəfər sağ qalıb. Onları təyyarədən çıxararaq tibb işçilərinə təhvil veriblər.

İlkin məlumata görə, təyyarə DHL şirkətinə məxsusdur.

Təyyarə Almaniyanın Leypsiq şəhərindən uçurmuş və “SWIFT Air” tərəfindən idarə olunurdu. DHL bu təyyarələri icarəyə götürür.

Yaşayış binasında xəsarət alan sakinlər barədə məlumat yoxdur.

Yanğının söndürülməsinə 7 yanğınsöndürən maşını və hava limanının yanğınsöndürmə briqadası cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image