Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin Yunanıstana münasibətindən danışıb.
Vətəninfo.az xəbər verir ki, Dendias parlamentdə xüsusi olaraq deputatlara müraciət edərək bildirib ki, Türkiyə tərəfinin Yunanıstana münasibətdə tutduğu mövqe strateji və uzunmüddətli təhlükə yaradır.
“Əgər təkcə suverenlik hüquqlarına deyil, həm də suverenlik və azlıqların statusunun müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq müqavilələrə müraciət edən qonşu ölkə varsa, o ölkə açıq onkoloji təhlükədir. Ölkəmizin hüquqi və coğrafi sərhədləri təhlükə altındadır”.- deyə Nikos Dendias bildirib.