Gecə saatlarında Yunanıstanın Rodos adasında meşə yanğınları daha da genişlənib. İnsanlar adadan təyyarələrlə təxliyə edilir.

Təxliyyələrin də aparıldığı Korfu və Evia adalarında meşə yanğınları hələ də tam nəzarət altına alınmayıb.
Krit adasında da meşə yanğınları başlayıb.
Yunanıstanın baş naziri hökumətin yüksək rütbəli məmurları ilə yaranmış fövqəladə vəziyyəti müzakirə edəcək. Yunanıstanda da meşə yanğınlarının turizm sektoruna təsiri ilə bağlı narahatlıqlar var.

Avropada tüğyan edən istilər səbəbindən Yunanıstan, Siciliya, Xorvatiya, Əlcəzair və Tunisdə meşə yanğınları baş verib. Əlcəzairdə baş verən yanğınlar nəticəsində azı 34 nəfər həlak olub. İyulun 24-də havanın temperaturu 47 dərəcəyə çatanda Siciliyada hava limanı bağlanıb.

Alimlərin fikrincə, belə vəziyyətin yaranmasının səbəblərindən biri də iqlim dəyişikliyidir.


























