image-1backend

Yunanıstan sahil mühafizəsi miqrantları dənizin ortasında buraxıb getdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Yunanıstan sahil mühafizəsinin dənizə buraxdığı qayığın içindəki qanunsuz miqrantları Türkiyə xilas etdi.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) verdiyi açıqlamada Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ilə kəşfiyyat və müşahidə fəaliyyəti zamanı Yunanıstana aid sahil mühafizə qayığının Samos adasının şərqində qanunsuz miqrantları daşıyan bir qayığı buraxıb tərk etdiyi görüntülənib.

MSB-dən verilən açıqlamada qanunsuz miqrantların bölgəyə göndərilən Sahil Mühafizə Komandirliyinə aid qayıq tərəfindən xilas edildiyi qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image