image-1backend

Yunanıstanda 3 kənd boşaldıldı

image-reklam_sirab_01

Yunanıstanın Nafpaktos şəhəri yaxınlığında baş verən meşə yanğını ilə əlaqədar ehtiyat tədbiri olaraq 3 kənd boşaldılıb.

Vətəninfo.az xəbər verir ki, Yunanıstan yanğınsöndürmə idarəsindən verilən açıqlamaya görə, yanğın Nafraktosun Platanit bölgəsindəki meşəlik ərazidə başlayıb. Yanğınsöndürmə qrupları yanğına havadan və qurudan müdaxilə edib.

İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən bölgə əhalisinin mobil telefonlarına göndərilən təcili kodlu mesajla ehtiyat tədbiri olaraq 3 kəndin boşaldılması istənilib.

Yanğın səbəbindən bölgədə bəzi yollar da nəqliyyatın hərəkətinə bağlanılıb.

Bundan əlavə, Evbeya adasının Nea Artaki bölgəsində baş verən meşə yanğını ilə əlaqədar da bəzi yaşayış məntəqələri boşaldılıb.

Paytaxt Afinaya təxminən 50 kilometr uzaqlıqdakı Markopuloda meşədə başlayan yanğına da havadan və qurudan müdaxilə edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki