Yunanıstanda nəqliyyat işçilərinin 24 saatlıq tətili səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb və ya iflic olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Yunanıstanın Kathimerini qəzeti məlumat yayıb.
Afinada şəhərətrafı qatarların hərəkəti tamamilə dayandırılıb və Afina taksi sürücüləri də tətilə qoşulub. Lakin Yunanıstanın paytaxtında metro və tramvaylar əsasən parlament binası yaxınlığında etiraz aksiyası iştirakçılarının nəqliyyatını təmin etmək üçün fəaliyyət göstərir.
Tətildə Yunanıstan aviadispetçerləri də iştirak etdiyi üçün ölkənin hava limanlarında uçuşların dayandırılması gözlənilir.Tətil Yunanıstanın Fesaliya bölgəsində qatar qəzasının ikinci ildönümünə təsadüf edir. 2023-cü il fevralın 28-də orada şəhərlərarası sərnişin qatarı ilə yük qatarının toqquşması baş verib. 57 nəfər həlak olub. Bu fəlakət Yunanıstanın dəmir yolu rabitəsi tarixində ən ölümcül hadisə olub.