image-1backend

Yunanıstanda silah-sursat anbarında güclü partlayış olub

image-reklam_sirab_01

Yunanıstanın Maqnisiya bölgəsində baş verən yanğının hərbi təyyarələrin sursat anbarına sıçraması nəticəsində partlayış baş verib.
Vətəninfo.az xəbər verir ki, Yunanıstanın sahilyanı Nea Aqialos şəhərində güclü partlayış səsləri eşidilib, bölgə sakinləri təxliyə edilib.

Alov hərbi təyyarələrin olduğu sursat anbarına çatıb, partlayışın təsirindən ətrafdakı evlərin şüşələri sınıb.

Güclü külək səbəbindən yanğın sürətlə yayılmaqda davam edir.

Bölgədə təxliyələr isə dəniz yolu ilə həyata keçirilib.

Ölkədə günlərdir davam edən meşə yanğınlarında 4 nəfər ölüb.

Yunanıstanda iyulun 17-də başlayan meşə yanğınları davam edərkən, Türkiye, İsrail, Misir, Bolqarıstan, İtaliya, Malta, Fransa, İordaniya, Polşa, Rumıniya və Slovakiya yanğınlara müdaxilə etmək üçün yardım göndərib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus iki amfibiya yanğınsöndürmə təyyarəsi və 9 nəfərlik uçuş heyəti ilə bir yanğınsöndürmə helikopteri prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə iyulun 22-də Afinaya gedib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki