image-9backend

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğrayıb

image-reklam_sirab_01

Yunanıstanın paytaxtı Afinadan təxminən 200 kilometr aralıda yerləşən Karisto bölgəsində yanğınsöndürmə işlərinə qatılan təyyarənin qəzaya uğradığı bildirilib.

Vətəninfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürmə işlərinə qatılan “Canadair CL-215” tipli təyyarə Karisto bölgəsindəki Platanistos kəndi yaxınlığında qəzaya uğrayıb.

Göyərtəsində iki pilotu olan təyyarənin Yunanıstana məxsus olduğu bildirilib.

Ərazidə axtarış-xilasetmə işlərinə başlanıldığı qeyd edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki