image-1backend

Yunus Oğuza “Qızıl ulduz” medalı təqdim olundu- ÖZƏL

image-reklam_sirab_01

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə Azərbaycan təmsilçilərindən həmin Akademiyanın “Türk Dünyasında İlin Ziyalısı” Beynəlxalq Diplomu və “Qızıl Ulduz” Medalı ilə təltif edilmək üçün namizədliyi verilən yazıçı-publisist Yunus Oğuz artıq ödülləndirilib .
Olaylar.az xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk dünyası ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza “Qızıl Ulduz” medalı artıq təqdim edilib.
Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.

Romanları Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.

image-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki