image-reklam-veteninfo
image-frteon5aacnguoetsp3qh2nhznugyqwir3dibktb_1200-1backend

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

image-reklam-veteninfo

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, başsağlığında deyilir: “Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki