image-666backend

Zaporojye AES-də  fəlakət baş verə bilər- MAQATE rəhbəri

image-reklam_sirab_01

“Əgər orada suyun səviyyəsi 12,7 metrdən aşağı düşərsə, Zaporojya AES-i Kaxovka su anbarından suyu götürə bilməyəcək.” -Vətəninfo.az xəbər verir ki, bunu  MAQATE-nin rəhbəri Rafael Qrossi Sky News-a açıqlamasında deyib.

“Çərşənbə axşamı səhər bənd partladıqdan sonra Kaxovka su anbarında suyun səviyyəsi artıq təxminən 2,8 metr aşağı düşüb. İyunun 7-də yerli vaxtla saat 18:00-da su 14,03 metrə çatıb”, – Qrossi bildirib.

Səviyyə 12,7 metrdən aşağı düşərsə, Zaporojya AES-i daha su anbarından sahəyə nəql edə bilməyəcək. Su bəndinə dəyən ziyanın tam həcmi hələlik məlum deyil, ona görə də onun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma indiki eniş tempi davam edərsə, yaxın günlərdə kritik həddə çatacaq.

Belə bir ssenariyə hazırlaşmaq üçün Zaporojya AES su ehtiyatlarını, o cümlədən stansiyanın yanındakı böyük soyuducu gölməçəni, eləcə də daha kiçik soyuducu gölməçələri və yaxınlıqdakı kanalları Kaxovka su anbarından mümkün qədər uzun müddətə su çəkməklə daim yeniləyir. Onlar dolduqda bu su mənbələri stansiyanın altı reaktorun soyudulmasını bir neçə ay ərzində lazımi su ilə təmin etmək üçün kifayət edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki