image-reklam-veteninfo
image-8backend

Zaqatalada Vətən Müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib

image-reklam-veteninfo

Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində əldə olunan 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfər tariximizin ən parlaq və qürurverici səhifələrindən biridir. Şəhidlərin əziz xatirəsinin yad edilməsi və onların ailələrinə göstərilən diqqət və qayğının davamı olaraq, Zaqatala rayonunun Qımır və Bazar kəndlərində Vətən Müharibəsi şəhidləri — İsrafilov Abdurrahman, Murtuzəliyev Xəqani və Hacıyev Sayadın anım mərasimləri keçirilib.

Tədbirlərdə millət vəkili Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, şəhid ailələri, yaxın qohumları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri qoyub, onların ruhlarına dualar oxuyublar. Anım mərasimlərində çıxış edənlər şəhidlərin döyüş yollarından, göstərdikləri qəhrəmanlıq və vətənpərvərlik nümunələrindən bəhs ediblər.

Millət vəkili Asif Əsgərov çıxışı zamanı bildirib ki, Azərbaycanın bu gün qazandığı Qələbə, məhz şəhidlərimizin canı və qanı bahasına əldə olunub:

“Dövlətimizin gücü və xalqımızın birliyi şəhidlərimizin fədakarlığı ilə möhkəmlənib. Hər bir azərbaycanlının ürəyində şəhidlərimizə sonsuz minnətdarlıq hissi var. Onların ailələrinə diqqət və qayğı göstərmək isə yalnız vətəndaşlıq borcu deyil, həm də müqəddəs mənəvi öhdəlikdir.”

Tədbirin sonunda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar vurğulayıblar ki, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi daimi qayğı, bu müqəddəs amal uğrunda canından keçmiş igidlərimizin xatirəsinə verilən ən yüksək dəyərin bariz nümunəsidir.

image-2 image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki