Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlunun 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə partiyanın YAP-ın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala RİH-in başçısı olub.
Azərbaycan Milli Məclisinin VI çağırışda bu dairədən deputat seçilən Elşən Musayevi keçən dönəmdə çox axtardılar. Amma Elşən Musayev bu illər ərzində öz seçicisinin yanında olmağı bacarmadı. Zaqatalalılar üçün tanış sima olan və zaqatalalıların sevimlisi olan Asif Əsgərovun bu dairədən namizəd olması onu deməyə əsas verir ki, YAP-ın İdarə Heyəti rayon seçicilərinin arzusunu nəzərə alıb.