Putinin Ukraynadakı hədəflərinin iflasa uğradığını elan edən Zatulin Dövlət Dumasında tutduğu vəzifədən məhrum edilə bilər.
Vətəninfo.az xəbər verir ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın məqsədlərindən heç birinə nail ola bilmədiyini dedikdən sonra tutduğu vəzifədən məhrum edilə və “Vahid Rusiya”dan çıxarıla bilər.
Bu məsələ ilə bağlı məsləhətləşmələr artıq “Yedinaya Rossia”da keçirilir, “Yedinaya Rossia” fraksiyasının rəhbərinin birinci müavini Vyaçeslav Makarov cavabdehdir, “Vedomosti” partiyadakı iki mənbəyə və prezident aparatına yaxın həmsöhbətinə istinadən yazır. Sonuncu qeyd edib ki, Zatulinə qarşı hansı tədbirlərin görüləcəyini söyləmək hələ tezdir.