image-1backend

Zaur Mikayılov Mehmet Akif Balta ilə görüşdü

image-reklam_sirab_01

Bakıda COP29 çərçivəsində Mavi zonada təşkil olunan Türkiyə pavilyonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyə Respublikasının Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında görüş olub.

Görüşdə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri, su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb.
Əlavə olaraq, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image