Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşə ehtiyacı var, lakin nəticədə yaranan mübahisə heç bir tərəfə sərf etmir. Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısı “Daily Wire” nəşrinə müsahibəsində bildirib.
“Bizim müzakirə edəcəyimiz çoxlu məsələlər var idi”. Prezident Trampla görüş də daxil olmaqla, həyatımızın müxtəlif mərhələlərində məhsuldar və deyərdim ki, daha fəlsəfi xarakter daşıyan müxtəlif görüşlərimiz olub. “Buna görə də mən hesab edirəm ki, Oval kabinetdəki görüşün (arqumentin) nə Ukraynaya, nə də ABŞ-a faydası olmayıb”, – Zelenski qeyd edib.