Ukrayna Rusiyanı məğlub edəcək, gün gələcək, “Vladimir Putindən sonra” olacaq. Avropa üçün təhlükəsizlik və sülh gününə çevriləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Litvada Ukrayna Prezidenti Vladimir Zelenski litvalı həmkarı Qitanas Nauseda ilə birgə mətbuat konfransında bildirib.
Ukrayna dövlətinin başçısı qeyd edib ki, hamı bir-birinə kömək edəndə hamının azadlığı qalib gələcək. Bu, tarixdə dəfələrlə işləyib və indi də işləyəcək, deyə o vurğulayıb.
“Biz birlikdə tarixi yaxşılığa doğru dəyişirik. “Ukraynadan sonra” olmayacaq, “müharibədən sonra” olacaq, “Putindən sonra” olacaq. Bu, bizim təhlükəsizliyimiz, zəmanətli azadlığımız, Litvanın, Estoniyanın, Latviyanın, İsveçin, Finlandiyanın, taleyini boğmağa çalışdıqları bütün dövlətlərin dinc həyatının günü olacaq”, – deyə Zelenski vurğulayıb.
O, həmçinin əlavə edib ki, “Putindən sonrakı gün” Belarus üçün layiq olduğu yeni şans günü olacaq.


























