Ukrayna lideri Vladimir Zelenski Almaniya Bundestaqında çıxışı zamanı Rusiya ilə münaqişədən danışıb.
Vətəninfo.az xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinlə heç bir güzəştə getməyəcəyini, o cümlədən Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcəklərini açıqlayıb.
“Biz normal həyatı bərpa etməliyik. Və Ukraynanın bərpası üçün istifadə edilə bilən bütün Rusiya aktivlərindən istifadə edilməlidir. Putinlə heç bir güzəştə getmədən bunlar baş verəcək”, – Zelenski Almaniya parlamentindəki çıxışı zamanı deyib.
Bundan əvvəl Ukrayna Belçika ilə razılığa gəlib ki, 2024-cü ildə Kiyev Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirlərdən 1,7 milyard avro alacaq. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, ilk maliyyə tranşı yayda gələcək.