image-reklam-veteninfo
image-1backend

Zelenski: Bu Rusiyanın yeni bəhanəsidir

image-reklam-veteninfo

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışığı zamanı bildirib ki, Rusiyanın ərazi iddiaları müharibəni uzatmaq üçün bəhanədir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri Kiyevdə danışıqların yekunlarına dair jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Rusiya kompromislərə hazırdır və onun üçün ən vacib məsələ Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlara başlamaqdır.

“Rusiyanın bu müharibəyə son qoymağa real istəyini nümayiş etdirməsi üçün ilk addım kimi atəşkəs rejimini görmək istərdim”.

O ki qaldı Ukraynanın tərkibində olan 5 rayonun tərk edilməsinə, Ukrayna ordusunun bizim ərazilərdən çıxarılmasına, bu, heç vaxt baş verməyəcək.

Biz bununla razılaşa bilmərik. “Ərazi bütövlüyümüz məsələsi bizim qırmızı xəttimizdir”, – deyə Zelenski əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki