image-1backend

Zelenski Çindən reaksiya gözləyir

image-reklam_sirab_01
Şimali Koreya hərbçilərinin Rusiyada yerləşdirilməsi və Ukrayna cəbhəsinə göndərilməyə hazırlanması müharibəni fərqli müstəviyə daşıyacaq. Qərb ölkələrinin liderləri və NATO baş katibi sərt açıqlamaları ilə Kremli bu addımdan çəkindirməyə çalışsalar da, bunun nəticə verməyəcəyi onlara da aydındır. Kreml öz planlarından imtina etməyəcək.
Ukrayna prezidenti Volodimir Zelenski Şimali Şimali Koreya qoşunlarının hələ döyüşə girmədiyini bildirsə də, “bu, ayların yox, günlərin işidir” deyə vurğulayıb: “Şimali Koreya əsgərləri Kurskdadır. Onlar Ukrayna ilə döyüşməyə hazırlaşır, bu, iki ölkənin birinə qarşı müharibəsidir”. Ukrayna Prezidenti Rusiyanın Şimali Koreya ilə açıq şəkildə tərəfdaşlıq etdiyini, təxminən 3,5 milyon artilleriya mərmisi əldə etdiyini də vurğulayıb. Zelenski Qərb ölkələrindən Ukraynaya dəstəklərini artırmasını istəyib.
Zelenski Çinin mövcud duruma susmasına işarə edərək regional təhlükəsizliyin təminatçısı kimi Çinin “səssizliyi təəccüblüdür” deyib: “Pekinin bizim tərəfimizdə olduğunu deyə bilmərəm, ancaq Çin regional dövlət olaraq Rusiya-Ukrayna müharibəsinin genişlənməsində maraqlı olmamalıdır. Asiyada Yaponiya və Cənubi Koreya sivil dövlətlərdir və Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsindən narahat olublar, bəyanat veriblər, Çindən isə səs çıxmır”.
Çin Şimali Koreya ilə sıx münasibətlərə malikdir. Şimali Koreya ərzaq çatızmazlığı ilə qarşılaşanda birinci növbədə qonşusu Çinə müraciət edir. Rusiyanın son zamanlar Şimali Koreya ilə əlaqələrini genişləndirməyə başlaması Pekinin narahat etməyə bilməz. Şimali Koreyanın Rusiyaya hərbçilərini göndərməsi də Çinin maraqlarına cavab vermir. Buna baxmayaraq, Pekin açıq şəkildə bunun əleyhinə çıxa bilməz, çünki Rusiya ilə tərəfdaşlıq münasibətlərinə kölgə salmaq istəmir.
“Atlas” Araşdırmalar Mərkəzi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki