Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.
Vətəninfo.az xəbər verir ki, Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq görüş üçün hazır olduğunu dilə gətirib.
“İkinci sülh sammitində plan tam hazırdırsa və Rusiya bu plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, – deyə Zelenski bildirib.
Eyni zamanda o vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır.