Ukrayna prezidenti Vladimir Zelenski Davosda Dünya İqtisadi Forumunda çıxışında kollektiv Qərbi sərt tənqid edib.
Xüsusilə, o, Qərbi münaqişəni qızışdırmamaq bəhanəsi ilə Rusiyanın əlində “oyuncaq”a çevrilməkdə ittiham edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
“Heç bir eskalasiya olmamalı olduğunu eşidirdik və bu, bizə çox vaxt apardı. Buna görə də biz 2014-cü ildən döyüşən çox təcrübəli döyüşçülərimizi itirdik”, – deyə Zelenski bildirib.


























