Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti və hazırda Ağ Ev rəhbəri vəzifəsinə namizəd Donald Trampı Kiyevə səfərə dəvət edib.
Vətəninfo.az xəbər verir ki, o bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, telefon danışığı zamanı o, Trampı Ukraynaya səfərə dəvət edib və qeyd edib ki, “cənab Tramp Ukrayna haqqında nəsə bilmək istəsə, gəlib şəxsən görə bilər və ya məndən soruşa bilər”.
“Biz onun komandası ilə danışdıq. Cənab Tramp mənə istənilən suala hazır olduğunu və onun telefon nömrəsinin məndə olduğunu söylədi”, – deyə Ukrayna prezidenti bildirib.