image-1backend

Zelenski : Fransa öz hərbçilərini Ukraynaya yerləşdirəcək

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Parisin Ukraynaya xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib.

Vətəninfo.az  xəbər verir ki, Ukrayna lideri bu barədə Brüsseldə Makronla görüşdən sonra özünün Telegram kanalında yazıb.

“Biz prezident Makronun Ukraynada sülhün sabitləşməsinə töhfə verə biləcək qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam etdik. Makron sülhə nail olmaq üçün bütün lazımi addımları həyata keçirmək üçün digər tərəfdaşlarla təmasları barədə məlumat verib”, – Zelenski bildirib.

O, şəxsi söhbəti məhsuldar adlandırıb və Makrona bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək əsas prioritet olaraq qalır. O, həmçinin Fransada daha bir Ukrayna briqadasının təlimi ilə bağlı Makronla razılaşdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image