image-reklam-veteninfo
image-1backend

Zelenski: “İki aylıq atəşkəs şəraitində seçkilər keçirilə bilər”

image-reklam-veteninfo

Vladimir Zelenski bildirib ki, Ukrayna iki aylıq atəşkəs əldə edə bilsə, nəzəri olaraq ölkədə seçkilərin keçirilməsi mümkün ola bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Zelenski deyib ki, tərəfdaşların əsas sualı seçkilərin keçirilməsini istəyib-istəməmələri ilə bağlıdır: “Düşünürəm ki, ruslar sadəcə məni əvəz etmək istəyirlər və bunun üçün mədəni yol kimi seçkilərdən istifadə edə bilərlər”.

Prezident əlavə edib ki, Vaşinqton Ukraynaya sülh gətirə bilsə, ABŞ seçkilərin keçirilməsi ilə bağlı bəzi təklifləri bloklamayacaq.

“Əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəs əldə etsək, parlamentlə danışacağam və onları başa salacağam ki, müharibə zamanı seçkilərin keçirilməsini həm parlament, həm də xalq dəstəkləmir. Hətta iki aylıq atəşkəs əldə etsək belə, bu müharibənin bitdiyi anlamına gəlmir”, – deyə Zelenski qeyd edib.

O, həmçinin bildirib ki, seçkilərin keçirilməsi üçün vətəndaşlar sülh barədə fikirlərini referendumda bildirməli və parlament mövcud qanunvericilikdə dəyişikliklər etməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki