image-reklam-veteninfo
image-1backend

Zelenski:Mən  Putinlə görüşməyə hazıram,  amma Moskvada yox…

image-reklam-veteninfo

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya diktatoru Vladimir Putinlə görüşün mümkünlüyünü təsdiqləyib. Lakin o, danışıqların Rusiyada baş tuta bilməyəcəyini vurğulayıb. Zelenskinin sözlərinə görə, Kreml rəhbəri Moskvanı görüş yeri kimi təklif etməklə rəsmi Kiyevin buna getməyəcəyini yaxşı bilirdi.

Vətəninfo.az xəbər verir ki, Zelenski bu barədə ABC News-a verdiyi müsahibədə danışıb. Jurnalistlər xatırladıblar ki, müharibə uzanır və ABŞ prezidenti Donald Tramp hələlik uğursuz olsa da, tərəfləri sülh masasına gətirməyə çalışır. Onun müəyyən etdiyi iki həftəlik müddət isə ötən həftə başa çatıb.

Zelenski qeyd edib ki, Putin görüş üçün qəbuledilməz şərtlər irəli sürüb və bununla ABŞ-la siyasi oyun oynayır:

“O, gələ bilər Kiyevə. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket hücumlarına, bombardmanlara məruz qalır. Terrorçunun paytaxtına getməyim mümkün deyil. Bu aydındır. Və o, bunu başa düşür”.

Prezident əlavə edib ki, Putinin bu tip “dəvətləri” sadəcə olaraq danışıqları uzatmaq üçün edilir.

Zelenski vurğulayıb ki, ikitərəfli və ya üçtərəfli görüş istisna edilmir, amma aqressor ölkənin ərazisində olmayacaq:

“Mən dedim: dinləyin, cənab prezident, mən hər cür görüşə hazıram – amma Rusiyada yox. İkitərəfli də ola bilər, üçtərəfli də. Əgər siz gələrsinizsə, biz buna sevinərik”.

Daha əvvəl Putin “sülhə hazır olduğunu” iddia edərək, Ukraynada referendum keçirilməsi, Konstitusiyanın dəyişdirilməsi və Zelenskinin Moskvaya gəlməsi kimi tələblər irəli sürmüşdü.

Slovakiyanın baş naziri Robert Fico isə bildirmişdi ki, guya Putin Zelenski ilə təkcə Moskvada yox, istənilən yerdə görüşməyə maraqlıdır. Lakin Rusiya tərəfi bu açıqlamanı hələ təsdiqləməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki