image-reklam-veteninfo
image-1114889backend

Zelenski Praqada Çexiya Prezidenti ilə görüşüb

image-reklam-veteninfo

Ukrayna Prezidenti Vladimir Zelenski Praqada Çexiya Prezidenti Petr Pavel ilə görüşüb. Bu barədə Vətəninfo.az Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Zelenski Pavelə Ukraynanı silahla təmin etdiyinə, Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə və Ukraynanın Aİ və NATO-ya üzvlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

İyulun 6-da keçirilən görüşdə tərəflər ümumi təhlükəsizlik və müdafiənin gücləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Petr Pavel Zelenskini əmin edib ki, Ukrayna Rusiyaya qarşı mübarizədə Çexiyanın dəstəyinə arxalana bilər.

Elə həmin gün səhər saatlarında Zelenski Sofiyada Bolqarıstan rəhbərliyi ilə danışıqlar aparıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki