image-reklam-veteninfo
image-1backend

Zelenski: Putin bizə təzyiq göstərir

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putin Zaporojye istiqamətində, şərqdə isə Xarkov və Sumı istiqamətində hücum əməliyyatları planlaşdırır.

Bütün bunlar Ukraynaya maksimum təzyiq göstərmək və daha sonra güc mövqeyindən ultimatumlar vermək üçün edilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenskinin bəyanatında deyilir.

“Bir şeyin dayandırılacağı fakt deyil”, o qeyd edib.

Zelenski hərbi analitik Maykl Klarkın “Ukrayna prezidentlər Donald Tramp və Vladimir Putinin menyusundadır” açıqlamasına da münasibət bildirib.

“Biz Putinin iştahına baxmayaraq onun menyusunda görünmək üçün salat və ya kompot deyilik”, – deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki