“Azərbaycandakı “qoca baba”nın nədən danışdığını bilmirəm”
Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında Putinin Bakıya səfəri zamanı qaz tranzitinə razı olub-olmadığı və Rusiya ilə qaz tranziti haqda verilən suala bildirib:
“Heç kim Rusiya ilə müqaviləni davam etdirməyəcək, digər şirkətlərin qaz tranziti ilə bağlı, bəzi avropalı həmkarlarımızın xahişi davam etsə, biz onların istəklərinə baxacağıq. Azərbaycandakı “qoca baba”nın nədən danışdığını bilmirəm”, – prezident bildirib, – “Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya ilə razılaşma olmayacaq, vəssalam. Amma AB şirkətlərindən tələb olarsa, tranzit davam edə bilər.”